Premyer Liqa klublarında koronavirusa daha 10 yoluxma

1 Dekabr 2020 18:20 İngiltərə 489
Premyer Liqa klublarında koronavirusa daha 10 yoluxma

İngiltərə Premyer Liqasında çıxış edən klublar növbəti dəfə koronavirus testindən keçiblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

23-29 noyabr aralığında 1381 nəfərdən koronavirus testi götürüldüyü, 10 nəfərdə yoluxma faktı qeydə alındığı bildirilib. Yoluxanların kimliyi açıqlanmayıb.

Bununla da, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 86-ya çatıb.

Digər Xəbərlər
Xəbər Lenti