“Arsenal” “Real”ın ispanına “elçi düşdü”

24 Noyabr 2020 10:20 İngiltərə 465
“Arsenal” “Real”ın ispanına “elçi düşdü”

“Arsenal” “Real”ın futbolçusu İskonu transfer etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi 28 yaşlı yarımmüdafiəçi üçün qış transfer pəncərəsi dövründə rəsmi təklif göndərəcək.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Arsenal” İsko üçün “Real”a 38 milyon avro ödəməyə hazırdır. Lakin Madrid klubu futbolçusunu bu məbləğə satmaq niyyətində deyil.

“Real”la 2022-ci ilin yayına qədər müqaviləsi olan İskonun “transfermarkt”da dəyəri 30 milyon avrodur. İspan futbolçu bu mövsüm La Liqada 7 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti