Azərbaycan bu mövsüm UEFA reytinqində ən azı 2 pillə irəliləyəcək?

12 Avqust 2023 03:20 Azərbaycan Futbolu 943
Azərbaycan bu mövsüm UEFA reytinqində ən azı 2 pillə irəliləyəcək?

Azərbaycanın UEFA reytinqindəki mövqeyi güclənib.

Sportinfo.az xəbər verir ki, bu, "Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Finlandiya HİK-i (2:1), "Sabah”ın isə Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında evdə Serbiya “Partizan”ı üzərindəki qələbəsi (2:0) sayəsində mümkün olub.

Bu qələbələr Azərbaycanın reytinqinə daha 0,500 bal yazıb.

Son 5 mövsümün göstəricisinə əsasən, hazırda ölkəmiz 16,250 balla əvvəlkitək 29-cu yerdədir. Azərbaycan 28-ci pillədə olan Slovakiyanı (16,500 bal) keçməyə yaxındır. Bunun üçün həmin ölkədən 1 qələbə artıq qazanmaq lazımdır.

Hazırda Slovakiya Avrokuboklarda mübarizəni 2, Azərbaycan isə 3 komanda ilə davam etdirir.

27-ci pillədəki Bolqarıstan isə 17 bala malikdir və onların avrokuboklarda iki komandası qalıb. Beləliklə, bu mövsüm Azərbaycanın UEFA reytinqində ən azı 2 pillə irəliləməsi istisna edilmir.

Azərbaycan mövsümə 14,250 bal ilə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!