Vəzifəli şəxs "Neftçi"nin futbolçularından inciyibmiş…

28 Fevral 13:00 Neftçi 1 157
Vəzifəli şəxs "Neftçi"nin futbolçularından inciyibmiş…

«Neftçi»nin baş icraçı direktoru Fərrux Mahmudovun Tovuza yollanmamasının səbəbi bilinib.

Məlum olub ki, o, futbolçulardan incik düşüb.

Niyə? Bu da artıq sirr deyil.

Komandanın Premyer Liqanın son 3-4 turunda qeyri-sabit çıxış etməsi rəhbər şəxsə pis təsir göstərib. Mahmudov bu narazılığını rəsmilər və məşqçilər vasitəsilə kollektiv üzvlərinə çatdırıb.

Fərrux bəy fevralın 25-də Bakıda qalıb. Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ikinci oyununu zalda izləyib.

Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda həmin gün doğma meydanda Kosovonu qəbul edib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş yığmamızın 87:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Onu da yada salaq ki,Mahmudov «Neftçi» ilə yanaşı, Azərbaycan Basketbol Federasiyasının rəhbərliyində təmsil olunur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti