Hücumçusunu Dadaşovdan zəif olduğu üçün göndərir

7 May 19:45 İngiltərə 351
Hücumçusunu Dadaşovdan zəif olduğu üçün göndərir

Sportinfo.az xəbər verir ki, “Vulverhempton” Brayt Enobaxare ilə yollarını ayıracaq.

"Wolves.vitalfootball" nəşri 22 yaşlı hücumçunun komandanın digər ön xətt oyunçuları Renat Dadaşov, Raul Ximenes və Leonardo Kampanadan geri qaldığını bildirib.

Nigeriyalı forvard son iki mövsüm aşağı liqalarda icarə əsasında çıxış etsə də, baş məşqçi Nunu Eşpiritu Santunun etimadını qazanmayıb.

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?