Premyer Liqa klubunda mövsümü erkən başa vurdu

13 Mart 2020 09:42 İngiltərə 1 017
Premyer Liqa klubunda mövsümü erkən başa vurdu

“Lester Siti”nin futbolçusu Rikardo Pereyra uzun müddətə sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

O, martın 9-da “Aston Villa”ya qarşı keçirdikləri oyunda ağır zədə alıb. Ətraflı müayinələrdən sonra portuqaliyalı müdafiəçinin dizindəki zədə ilə əlaqədar təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

26 yaşlı futbolçu bu mövsüm 33 oyuna çıxıb, 4 qola imza atıb. "Lester Siti”də bu gün həm də 3 futbolçuda koronavirus pandemiyası aşkarlanıb. Bu üzdən də bütün komanda üzvləri karantinə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti