“Bildiyimə görə, onun marağı başqa klubadır”

16 Fevral 21:40 İngiltərə 342
“Bildiyimə görə, onun marağı başqa klubadır”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis 25 yaşlı forvardı komandasında istədiyini bildirib:

“Mbappeni komandamda görmək istəyərdim. Onun kimi səviyyəli oyunçular olanda biz onun uğrunda mübarizə aparmalıyıq. Ancaq bildiyimə görə, onun marağı başqa klubadır”.

Mbappe Paris klubunun prezidenti Nasser Əl-Xələfini müqaviləsi bitdikdən sonra komandadan ayrılması barədə xəbərdar edib. Fransalı futbolçu 2024-cü ilin yayında “Real”a keçə bilər.

Digər Xəbərlər
Xəbər Lenti