Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz”i qəbul edəcək “Neftçi”nin heyətində itki var.
Sportinfo.az xəbər verir ki, müdafiəçi Murad Xaçayev məşq zamanı zədələnib.
O, qarşıdakı matçda meydana çıxa bilməyəcək.
Futbolçunun sol topuq oynağında bir neçə bağın gərilməsi qeydə alınıb. Hazırda komandada başqa zədəli və ya cəzalı futbolçu yoxdur.
“Neftçi” - “Kəpəz” qarşılaşması noyabrın 6-da keçiriləcək. “Palms Sports Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
21 xala malik “Neftçi” turnir cədvəlinə başçılıq edir. 17 xalı olan “Kəpəz” isə beşinci pillədə qərarlaşıb.
