Federasiya Suraxanıda seçim prosesi həyata keçirdi

04:40 Atıcılıq 77
Federasiya Suraxanıda seçim prosesi həyata keçirdi

Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Suraxanı Atmalar Bazasında atma növləri üzrə seçim xarakterli sınaq keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Sınaq zamanı idmançılar nizəatma, lövhəatma və çəkicatma növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Seçim prosesi 2027-ci ildə İstanbulda keçiriləcək komandalararası Avropa çempionatına, eləcə də digər nüfuzlu beynəlxalq yarışlara hazırlıq və idmançıların müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!