“Komo”nun yarımmüdafiəçisi Nikolas Pas İngiltərə Premyer Liqasının bir neçə top-klubunun maraq dairəsinə düşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
22 yaşlı futbolçu ilə “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” maraqlanır. Bununla belə, İtaliya klubunun yanvarda Pası satmaq niyyətində olmadığı bildirilir.
“Komo” rəhbərliyi argentinalı futbolçunun dəyərini 100 milyon avrodan artıq qiymətləndirir.
Pas cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 11 oyunda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun “Komo” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Pasın xidmətində maraqlı olan “Arsenal” UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
