"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, V turda Rumıniyada "Universitatiya"nın qonağı olan Murad Dikmənin baş məşqçisi olduğu kollektivi 96:105 hesabı ilə uduzub.
"Gəncə" yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və Türkiyənin "Esenler Erokspor" klubuna uduzub - 63:92.
Komanda evdə Portuqaliyanın "Sportinq" komandasını 69:67 hesabı ilə üstələyib.
