Əvəzedicilər Liqasında 9-cu tura start verilib.
Sportinfo.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.
“Zirə-2” – “Sumqayıt-2” matçında qonaqlar qalib gəliblər.
Turnirin lideri olan “Qəbələ-2” ilk oyun günündə meydana çıxıb. “Qırmızı-qaralar” səfərdə “Araz-Naxçıvan-2” ilə qarşılaşıb.
Matç Binə qəsəbə stadionunda baş tutub. Cari mövsümdə bütün səfər oyunlarında qalib gələn “Qəbələ-2” seriyasını davam etdirib.
Komanda ilk yarının ortalarında 11 dəqiqəyə 4 qol vurub. Ömər Kərimov, Qədir Ramazanov, Daniel Eşimoxay və Cuma Hüseynov meydan sahiblərinin qapısına yol tapıb.
Fasilədən sonra komandalar hərəyə 3 qol vurub. “Qəbələ”nin heyətində Hüseyn Xasməmmədli, Qədir Ramazanov və Xəyyam Məmmədli fərqlənib.
Böyükhesablı qələbə qazanan “Qəbələ-2” mövsümdə ardıcıl 5-ci dəfə rəqib meydanından 3 xalla ayrılıb 7:3. 9 turda 25 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
“Zirə-2” – “Sumqayıt-2” 1:2
Qollar: Rauf Qafarov, 70 – Emil Həsənov, 29. Nihad Orucəli, 34.
“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 3:7
Qollar: Cavid Paşa, 63. Turan Fətullayev, 76. Nihat Mehralıyev, 89 – Ömər Kərimov, 22. Qədir Ramazanov, 27; 52. Daniel Eşimoxay, 29. Cuma Hüseynov, 32. Hüseyn Xasməmmədli, 47. Xəyyam Məmmədli, 71.
