Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliyanın "Benfika" kollektivi ilə üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Lissabon şəhərində keçirilən G qrupunun V turunun oyununda ev sahibləri qələbə qazanıb - 97:76.
"LANDAU Lions" IV turda Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib - 94:86. Ölkə təmsilçisi əvvəlki üç görüşdə isə məğlub olub.
Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.
