"Neftçi" avrokuboklarda Bolqarıstan təmsilçisinə uduzdu

07:50 Basketbol 70
"Neftçi" avrokuboklarda Bolqarıstan təmsilçisinə uduzdu

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə beşinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, H qrupunda Bolqarıstanın "Lokomotiv" kollektivinin qonağı olan "ağ-qaralar" 72:76 hesabı ilə məğlub olublar.

Oyun Plovdiv şəhərində keçirilib.

"Neftçi" qrupda keçirdiyi əvvəlki dörd görüşdə məğlub olub. Komanda "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78, Latviyanın VEF kollektivinə 94:110, "Oradya"ya (Rumıniya) 83:99 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!