“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 4-cü turunda Norveçdə “Vikinq” ilə qarşılaşıb.
Səfərdə baş tutan görüşü niderlandlı hakimlər briqadası idarə edib.
Beş qolluq görüşdə hesabı “Sabah” açıb. Amma qalan dəqiqələrdə bu qolun əvəzini artıqlaması ilə çıxan meydan sahibləri qələbəyə seviniblər.
