“O, çox yaxşı oynayır və düzünü desəm, təəccübləndim”

16 Yanvar 01:30 İngiltərə 568
“O, çox yaxşı oynayır və düzünü desəm, təəccübləndim”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandada icarə əsasında çıxış edən cinah yarımmüdafiəçisi Ceydon Sanço haqda xoş sözlər deyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun ümumi performansını dəyərləndirib:

“O, çox yaxşı oynayır. Düzünü desəm, təəccübləndim. Təbii ki, Sançonun səviyyəsini başa düşdüm, amma onun ardıcıllığı heyrətamizdir.

Bəli, Sançonun tənəzzülə uğradığı qısa bir dövr oldu, amma səhhətində problemlər var idi.

Qısa zamanda yüksək səviyyə göstərmək asan deyil, lakin o, uğur qazanır. Biz eyni ruhda davam etməliyik”.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 17 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. O “Mançester Yunayted”in oyunçusudur.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?
7 Noyabr 00:40 Mbappe Bakıya gələcək