“Onun komandası heç vaxt bu qədər pis olmamışdı, bir yol tapmalıdır”

13 Dekabr 2024 00:00 İngiltərə 741
“Onun komandası heç vaxt bu qədər pis olmamışdı, bir yol tapmalıdır”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand UEFA Çempionlar Liqasının 6-cı turunda “Mançester Siti”nin səfərdə “Yuventus”a uduzduğu oyundan sonra fikirlərini bölüşüb.

Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş müdadfiəçi, Pep Qvardiolanın komandasının heç vaxt bu qədər pis olmadığını bildirib:

“Mançester Siti” 4 dəfə Premyer Liqa çempionu olub. Pep Qvardiolanın komandası heç vaxt bu qədər pis olmamışdı.

O, oyunçuları canlandırmaq üçün bir yol tapmalı, onların əvvəlki formasını və özünəinamını bərpa etməlidir”.

“Yuventus” – “Mançester Siti” matçı Turində keçirilib. Tiaqo Mottanın komandası 2:0 hesabı ilə qalib gəlib. “Şəhərlilər” bu nəticədən sonra 8 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!
16 Sentyabr 00:30 AFFA-da 3 yeni təyinat