COP29

"O, klubda son illər zəif işə cəlb olunub və bunun qurbanıdır"

1 Noyabr 00:20 İngiltərə 294
"O, klubda son illər zəif işə cəlb olunub və bunun qurbanıdır"

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Erik ten Haqla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, ən pis iki sözləşmənin əsas rəhbərinin Ten Haq olduğunu bildirib:

“İki mövsümdə iki kubok Ten Haqın mirasıdır. O, klubda son illər zəif işə cəlb olunub və bunun qurbanıdır.

Amma klub tarixindəki ən pis sözləşmələrin ikisinin əsas rəhbəri o idi. Mən braziliyalı futbolçular – Antoni və Kazemironun transferlərindən danışıram.

Məhz buna görə, “Mançester Yunayted” transfer bazarına girmək və yeni oyunçular almaq məcburiyyətində qaldı”.

Ten Haqın qovulması bu həftənin əvvəlində elan edilmişdi. Komanda onun rəhbərliyi altında 9 turdan sonra Premyer Liqanın turnir cədvəlində 14-cü yerdə qərarlaşmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi