“Barselona”ya keçməyəcək - “Mançester Siti”nin ulduzu

24 İyun 2024 00:00 İngiltərə 637
“Barselona”ya keçməyəcək - “Mançester Siti”nin ulduzu

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yay transfer pəncərəsində “Barselona”ya keçməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

“Barsa” vəsait çatışmazlığı səbəbindən portuqaliyalı futbolçunu ala bilməyəcək. Silvanın potensial transfer məbləği 60 milyon avro olaraq qiymətləndirilir.

29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının son mövsümündə “Mançester Siti”nin heyətində 33 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Silva hazırda AÇ-2024-də Portuqaliya millisində çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!