Sübhanla Nəbi finalda - Avropa çempionatında ilk medalı qazandıq

04:20 Boks 45
Sübhanla Nəbi finalda - Avropa çempionatında ilk medalı qazandıq

Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

Sportinfo.az xəbər verir ki, bu gün millimizin iki üzvü finala, biri yarımfinala yüksəlib. Həmçinin bir boksçumuz turnirdə medal qazanıb.

90 kq Məhəmməd Abdullayev 3-cü yeri tutaraq bürünc medala yiyələnib. Bu, Azərbaycan millisinin Sofiyadakı yarışda ilk medalı olub.

50 kq çəki dərəcəsində Sübhan Mamedov yarımfinalda Türkiyə təmsilçisi Samet Gümüşü 3:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

70 kq-da Nəbi İsgəndərov da finala yüksəlib. O, yarımfinalda irlandiyalı Con MakKonnelliyə 4:1 hesabı ilə qalib gəlib.

75 kq çəki dərəcəsində çıxış edən Səidcəmşid Cəfərov isə 1/4 finalda isveçli Kevin Skott üzərində 5:0 hesablı qələbə qazanaraq yarımfinala adlayıb. Bununla da onun ən azı bürünc medalı təmin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi