"Arsenal"lı "Bavariya"ya məğlubiyyət barədə: "Biz möhkəm dayanmalıyıq"

18 Aprel 22:00 İngiltərə 217
"Arsenal"lı "Bavariya"ya məğlubiyyət barədə: "Biz möhkəm dayanmalıyıq"

"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays "topçular"ın Çempionlar Liqasındakı çıxışını dayandırmasından danışıb.

Sportinfo.az xəbər verir ki, ingilis futbolçu "Sky Sports"a açıqlamasında məğlubiyyəti bu cür şərh edib:

"Arsenal" dünyanın ən böyük klublarından biridir. Çox ağırdır.

Məyusuq, amma gənc komandamız var. Biz möhkəm dayanmalıyıq, qarşıda "Vulverhempton"la matçımız var. Həmin görüşdə reaksiya göstərməli olacağıq".

"Arsenal" ÇL-in 1/4 final mərhələsinin ilk oyununda “Bavariya” ilə 2:2 oynamışdısa, Münhendəki cavab görüşündə 0:1 hesabı ilə uduzaraq avrokuboklardakı çıxışını dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti