"Özlərini uşaq kimi apardılar - Bu, biabırçılıqdır! Mən zarafat etmirəm" - VİDEO

17 Aprel 12:20 İngiltərə 328
"Özlərini uşaq kimi apardılar - Bu, biabırçılıqdır! Mən zarafat etmirəm" - VİDEO

İngiltərə Premyer Liqasında “Çelsi” ilə “Everton” arasında keçirilən matçda (6:0) gərgin anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, 62-ci dəqiqədə penalti qazanan meydan sahibinin futbolçuları zərbəni vurmaq üçün münaqişə ediblər.

Topa ilk Noni Makude yaxınlaşıb. Koul Palmer isə topu ondan alaraq zərbəni vurmaq istəyib.

Nikolas Ceksonla Noni Makude buna etiraz ediblər. Cekson topu Palmerdən almaq istədiyi vaxt futbolçu onu itələyib. Ən sonda topu Palmer alaraq qolu vurub. Nəticədə o, poker edib.

Baş vermiş hadisə ilə bağlı “Çelsi”nin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Çalışdırıcı bunun biabırçılıq olduğunu deyib:

“Palmer bizim daimi penalti vuranımızdır. Belə hadisə daha olmayacaq.

Özlərini uşaq kimi apardılar. Bu, biabırçılıqdır.

Futbolçulara dedim ki, bu cür davranışı sonuncu dəfə qəbul edirəm.

Mən zarafat etmirəm. Bir daha deyirəm, penalti vuranımız Koul Palmerdir".

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU