“Bir xal heç yoxdan yaxşıdır”

8 Aprel 22:00 İngiltərə 222
“Bir xal heç yoxdan yaxşıdır”

“Liverpul”un yarımmüdafiəçisi Harvi Elliott İngiltərə Premyer Liqasının 31-ci turunun “Mançester Yunayted”lə oyunundan (2:2) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, ingiltərəli futbolçu komanda yoldaşlarının sona qədər mübarizə apardıqlarını deyib:

“Bu matçda üç xal qazanmalı idik. Amma məncə, eyni zamanda, bütün oyunu dəyərləndirmək lazımdır və biz hesabda geridə idik.

Uşaqlar xarakter nümayiş etdirdilər, sona qədər mübarizə apardılar və ikinci qolu vurdular. Bir xal heç yoxdan yaxşıdır.

Şübhəsiz ki, üç xal qazanmaq istəyirdik, amma itirməkdən yaxşıdır. Qalib gəlmək üçün imkanlarımız oldu.

Lakin bu oyunda bizdə son nöqtəni qoymaq çatmadı: ötürmə və ya həlledici zərbə”.

“Liverpul” İngiltərə Premyer Liqasında 31 turdan sonra 71 xalla 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti