"Biz çox pul xərclədik, amma hələ ki, heç nə düzəlməyib"

20 Sentyabr 00:20 İngiltərə 159
"Biz çox pul xərclədik, amma hələ ki, heç nə düzəlməyib"

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand klub rəhbərliyini komandanın sabiq baş məşqçisi Ralf Ranqnikin sözlərinə məhəl qoymamasına görə tənqid edib.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın sabiq futbolçusu “Mançester Yunayted”də heç nəyin düzəlmədiyini bildirib:

“İnsanlar günah keçisi axtarır, indi media belə davranır. İnsanların arasında Markus Reşfordun kifayət qədər çalışmadığını və ya Bruno Fernandesin pis kapitan olduğunu söyləyənləri görürəm.

Ralf Ranqnikin ayrılmadan əvvəl verdiyi şərhlər belə idi: “Bu kluba dərman lazım deyil, bu kluba açıq ürək əməliyyatı lazımdır”.

Heç kim bu fikirlərə baxmadı. Halbuki Ranqnik vəziyyəti düzəldə bilərdi. Bu onu göstərir ki, heç kim problemi həll etməyəcək.

Bizdə yaxşı oynayan Kriştiano Ronaldo var idi, amma o, vəziyyəti dəyişə bilmədi.

Bizə əla reputasiyaya malik bir çox məşqçi gəldi, lakin belə bir vəziyyətlə başa çıxa bilmədilər. Biz çox pul xərclədik, amma hələ ki, heç nə düzəlməyib”.

Premyer Liqanın beş turundan sonra “Mançester Yunayted” 6 xal toplayıb və hazırda çempionatın 13-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu