“Əlavə söz deməyə ehtiyac var? Özünüz hər şeyi aydın görürsüz"

6 Fevral 2023 10:00 İngiltərə 337
“Əlavə söz deməyə ehtiyac var? Özünüz hər şeyi aydın görürsüz"

“Vest Hem”in baş məşqçisi Devid Moyes İngiltərə Premyer Liqasının 22-ci turunun “Nyukasl”la matçını (1:1) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, Deklan Raysın oyununu şərh edib:

“Əlavə söz deməyə ehtiyac var? Məncə, özünüz hər şeyi aydın görürsüz. O, birinci hissədə yüksək səviyyədə çıxış etdi.

Həqiqətən, bunu etdi. Şübhəsiz ki, Deklan yüksək səviyyəli oyunçu olacaq. O, “Vest Hem”i tərk etsə, rekord transfer kimi yadda qalacaq”.

24 yaşlı ingiltərəli futbolçu 2017-ci ildən “Vest Hem”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Rays 2022/23 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib.

“Vest Hem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 19 xalla 16-cı, “Nyukasl” isə 40 xalla 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti