
"Liverpul"un futbolçusu Mohamed Salah Çempionlar Liqasının 3-cü turunun "Reyncers"lə (2:0) oyununu şərh edib.
Sportinfo.az xəbər verir ki, misirli futbolçu evdə ideal oynamadıqlarını bildirib:
"Doğrudur, bu dəfə ideal oynamadıq. Amma yaxşı mübarizə apardıq. Çox qol epizodu yaratdıq və qələbəyə layiq idik.
Bu mənada, oyunumuzdan və nəticədən razı olmaq mümkündü. Oyun üçün planımız işlədi və hücumda 4 oyunçu da qol vurmağa cəhd edirdi.
Şadam ki, sonda qələbəni əldə edə bildik".