Paytaxt klubu ABS millisinin qapıçısını transfer etdi

28 İyun 2022 10:00 İngiltərə 750
Paytaxt klubu ABS millisinin qapıçısını transfer etdi

“Arsenal” heyətinə yeni futbolçu qatıb.

Sportifo.az xəbər verir ki, London təmsilçisi ABŞ milli komandasının da üzvü olan qapıçı Matt Törneri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Törner yeni komandasında 30 nömrəli formanı geyinəcək.

Amerikalı qolkiper “Nyu İnqlend Revoluşn”dan transfer olunub. O, karyerası ərzində “Cersi Ekspress” və “Riçmond Kikkers”in də formasını geyinib.

ABŞ millisində 2021-ci ilin yanvarında debüt edən qolkiper yığmada 18 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!