İki tanınmış 4-cü divizionda çıxış edən klubu SATIN ALDI

9 May 2025 15:20 İngiltərə 1 025
İki tanınmış 4-cü divizionda çıxış edən klubu  SATIN ALDI

“Mançester Yunayted”in sabiq futbolçuları Devid Bekhem və Qari Nevill İngiltərənin 4-cü divizionunda çıxış edən “Solford Siti”ni alıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun əsas səhmdarı Piter Lim ayrıldıqdan sonra, Bekhem və Nevill “Solford Siti”nin nəticələrini yaxşılaşdırmaq üçün potensial investisiya tərəfdaşları axtarmağa bir neçə ay sərf ediblər.

Beləliklə, “Mançester Yunayted”in keçmiş oyunçuları amerikalı məsləhətçilik şirkəti “Consello”nun təsisçisi Deklan Kelli və İngiltərə Laun-Tennis Assosiasiyasının sədri lord Mervin Devis ilə birgə əməkdaşlıq edərək sözügedən klubun Direktorlar Şurasında həmsədr olacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!