Paytaxt klubu müdafiəçisini 23 milyon avroya satdı

19 İyul 2021 18:40 İngiltərə 547
Paytaxt klubu müdafiəçisini 23 milyon avroya satdı

“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinffo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Çelsi”dən Mark Qexini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

“Kristal Pelas” Qexi üçün “Çelsi”yə 23 milyon avro ödəyib. “Zadəganlar”ın yetirməsi olan müdafiəçi İngiltərənin U-21 yığmasının da üzvüdür.

Qexi ötən mövsümü icarə əsasında “Suonsi”də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"