David Luiz Fransa klubu ilə danışıq aparır

19 İyun 2021 18:40 İngiltərə 494
David Luiz Fransa klubu ilə danışıq aparır

“Arsenal”dan ayrılan David Luiz karyerasını Fransada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, hazırda azad agent olan 34 yaşlı müdafiəçi “Marsel” ilə danışıqlar aparır.

Bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, tərəflər arasında hələ razılıq əldə olunmadığı bildirilib.

David Luiz daha əvvəl – 2014-2016-cı illərdə Fransada PSJ klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti