"Gəlin, unutmayaq ki..."

21 Avqust 2023 00:20 İtaliya 1 086
"Gəlin, unutmayaq ki..."

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının birinci turunun “Montsa” ilə matçından sonra (2:0) fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, qarşılaşmadan razı qaldığını dilə gətirib:

“Oyundan razı qaldım. Matça yaxşı hazırlaşmışdıq. “Montsa” çətin rəqibdir.

Stadion dolu olduğu üçün komandamın həvəsli oynadığını hiss etdim. Bundan sonra mövcud olan bütün çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.

Markus Türamın oyun tərzindən razıyam. Gəlin, unutmayaq ki, o, başqa çempionatdan gəlib.

Bura daha tez öyrəşmək, əlaqələri yaxşılaşdırmaq üçün çox işləyir. Bir neçə epizodda bəxti gətirmədi”.

“İnter” növbəti turda “Kalyari”nin qonağı olacaq. “Montsa” isə evdə “Empoli” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"