Dünya futbolu 4 il müddətinə bu şəxsə tapşırıldı

16 Mart 2023 15:20 Dünya futbolu 349
Dünya futbolu 4 il müddətinə bu şəxsə tapşırıldı

Bu gün Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən FİFA-nın 73-cü Konqresində təşkilatın prezidenti seçkiləri olub.

Sportinfo.az xəbər verir ki, yeganə namizəd Canni İnfantino yenidən FİFA prezidenti seçilib.

O, 2027-ci ilə qədər qurumun rəhbəri vəzifəsinə təsdiq edilib .

Canni İnfantino ilk dəfə 2016-cı ildə səsvermənin ikinci turunda mümkün 207 səsdən 115 səs toplayaraq FİFA prezidenti seçilmişdi. 2019-cu ildə o, ikinci müddətə yenidən bu vəzifəyə təsdiq olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"