Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, ilk matç günündə 2 görüş keçirilib.
“Volfsberger” və “Viborq” səfərdə qazandıqları qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin ediblər.
Tuun digər görüşləri 10-11 avqust tarixlərində keçiriləcək.
9 avqust
"Qzira Yunayted" (Malta) – "Volfsberger" (Avstriya) - 0:4
Qollar: Baribo, 12, Baumqartner, 33, Roçer, 59-pen, Boakye, 84
Qırmızı vərəqə: Scerri, 53-iki sarı vərəqə, Cefferson, 66-iki sarı vərəqə
İlk oyun – 0:0
"B36 Torşavn" (Farer adaları) – "Viborq" (Danimarka) - 1:2
Qollar: Przubulski, 79- Moreno, 64, Jatta, 86
İlk oyun – 0:3