
“Qarabağ”ın anlaşa bilmədiyi Yasin Benzia ilə yollar ayrılacaq.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi əlcəzairli yarımmüdafiəçi ilə razılığa gələ bilməyib.
Benzia ötən gün instaqram hesabında vidaya bənzər paylaşım edib. Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb.
O, paylaşımda “hər şey üçün təşəkkürlər” sözlərini qeyd edib. Benzia da bu sözlərə görə Şahruddinə təşəkkürlərini bildirib.
Əlcəzair millisinin üzvü olan 30 yaşlı yarımmüdafiəçi maliyyə məsələlərində razılığa gələ bilmədiyinə görə “Qarabağ”dan ayrılıb.Tərəflər bu yay başa çatan müqaviləni uzatmayacaqlar. F
utbolçunun karyerasını Səudiyyə Ərəbistanının klublarından birində davam etdiricəyi gözlənilir.
Benzia son ilyarımda “Qarabağ”da oynayıb, 104 oyun keçirib, 28 qol vurub.