.jpg)
“Fernandu Santuş gələndən millimizdən əzmkarlıq və normal oyun izləməmişik.
Əzmkar oyun və qələbə indi komandamıza tam tərsdir
. 10 il bundan əvvəlki ilə indiki millinin niyə müqayisəsini aparırıq?
O vaxt Avropa və dünya çempionatlarının final mərhələsində oynamayıblar, uduzduqları oyunlar da çox olub, sadəcə, sonadək döyüşürdülər, əzmkarlıq nümayiş etdirirdilər.
İndiki komanda hər matça mental olaraq geridə başlayır. Çünki futbolçular baş məşqçiyə inanmır”.
Bu fikirlər “Sportinfo TV”nin efirində yayımlayan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə yığmamızın mövcud durumundan danışıb, futbolçularda döyüşkənliyin çox aşağı səviyyədə olduğunu diqqətə çatdırıblar.
Xüsusilə Fernandu Santuşla millimizin perspektivinin olmadığını vurğulayıblar.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN