Premyer Liqa klubunda 1 futbolçu qaldı, ona tapşırıldı ki…

5 İyun 16:00 Kəpəz 1 282
Premyer Liqa klubunda 1 futbolçu qaldı, ona tapşırıldı ki…

“Kəpəz” müqaviləsi bitən heç bir futbolçu ilə danışıqlar aparmır.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, ötənilki heyətdən yalnız Ümid Səmədovun kontraktı davam edir, digərləri ilə bağlı son qərar isə hələ verilməyib.

Yeni rəhbərlik onlardan kimlərlə yola davam edib-etməməyi Adil Şükürovun ixtiyarına buraxıb. Doqquz aydan sonra Gəncə klubuna qayıdan baş məşqçinin təyinatı ən qısa zamanda rəsmiləşəcək.

O, məhz bundan sonra ağ və qara siyahını masanın üzərinə qoyacaq.

Güman olunur ki, bu müddətdə təqribən 15-dən artıq oyunçu təkrar düşərgəyə çağırılmayacaq. Onların da mütləq əksəriyyəti legionerlərdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti