
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Araz Naxçıvan"da bu gün növbəti ayrılıq yaşandı.
Komandanın kapitanı Vadim Abdullayevlə bitən müqavilə artırılmadı.
Orta sahə oyunçusu Naxçıvan təmsilçisində son iki ildə ciddi inkişafa nail olmuşdu.
Əbəs deyil ki, 30 yaşlı futbolçu hətta milli komandaya belə dəvət edilmişdi.
Belədə "Araz"ın kapitana qapını göstərməsi hamını təəccübləndirdi.
Maraqlıdır, yeni anlaşmaya nə mane olub?
Sportinfo.az-a açıqlama verən Abdullayev sürpriz ayrılıqla bağlı bunları deyib:
"Mənim özüm üçün də gözlənilməz oldu. Futbol ictimaiyyəti maraqlanır.
Dəyərli olduğumu bir az hiss etdim. Hamı ilə səmimi olmuşam. Bu gün jurnalistlər zəng edib, yazır.
Mənimlə maraqlanır. Hər birinə təşəkkür edirəm. Təsəllim budur.
Klubun rəhbərliyi istəmədiyi üçün yollar ayrıldı. Deməli, etdiklərim az olub.
Keçdiyim yolu hər kəs bilir. Nəsə deməyim artıq olar.
Statistika hər şeyi deyir. Son iki ildə "Araz-Naxçıvan"dan milliyə dəvət alan yeganə oyunçu olmuşam.
Kapitan kimi meydanda və ondan kənarda ürəyimi vermişəm. Kollektivdə hər kəs buna şahiddir.
Hamısı hörmətimi saxlayır. Zəng edib maraqlanırlar. Hər birinə təşəkkür edirəm.
Artıq "Araz" səhifəsi mənim üçün bağlandı. Bu komandada yaxşı günlərim olub.
"Kollektivə Konfrans Liqasında uğurlar arzu edirəm. Mənim də bu uğurda böyük payım, haqqım olub".
XANOĞLAN