
“Barselona”nın 17 yaşlı ispaniyalı vingeri Lamin Yamal keçmiş komanda yoldaşı Osman Dembeleni “qızıl top” mükafatına layiq görmür.
Fransalı hücumçu son mövsümdə PSJ ilə birlikdə ölkə çempionluğunu, kubokunu və UEFA Çempionlar Liqasını qazanıb. O, bu turnirlərdə ümumilikdə 33 qol vurub.
Sportinfo.az xəbər verir ki, İspaniya millisinin mətbuat konfransında çıxış edən Yamal bu barədə fikirlərini belə ifadə edib:
“Qızıl top”a səsvermədə iştirak etsəydim, konkret bir oyunu yox, ümumilikdə dünyanın ən yaxşı futbolçusunu əsas götürərdim. Bu mükafatı “Barselona”nın istənilən oyunçusuna verərdim, amma Dembeleyə yox”.
Yamal başa çatan La Liqa mövsümündə 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.