
Avrokuboklara vəsiqə qazana bilməyən “Turan Tovuz”da heyətlə bağlı dəyişikliklərin olacağı sirr deyil.
Hansı futbolçularla müqavilənin yenilənməyəcəyi barədə çoxdan məlumatlıyıq.
Sadiq Quliyev, Eltun Turabov, İvan Konovalov və Anton Kraçkovski yeni klub axtarışına çıxıb. İsmayıl Zülfüqarlıya görə “Neftçi”ylə razılığın əldə olunub-olunmayacağını zaman göstərəcək.
Sportinfo.az xəbər verir ki, “Turan”la sözləşməsi bitən iki braziliyalı – Kristian da Silva ilə Kauan Martins yeni mövsümə Tovuzda başlayacaq.
Onlarla imzalanan müqavilədə “+1 il” bəndi var ki, klub həmin şərtdən yararlanmaq istəyir. Baş məşqçi Kurban Berdıyev çıxışından razı qaldığı “sambaçılar”ı sərəncamında görməkdə maraqlıdır.
Hansısa biri “Turan”da qalmaq istəmədiyini desə, başqa məsələ. Əks halda Kristianla Kauan növbəti “futbol ili”ndə bölgə təmsilçisinin uğurları üçün tər tökəcək.
HƏBİB / SPORTİNFO.AZ