
Futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu gün finalda "Araz-Naxçıvan" və PFL komandaları üz-üzə gəlib.
Rəqibinə 7:1 hesabı ilə qalib gələn PFL kubokun sahibi olub.
"Araz-Naxçıvan" başa çatan mövsümdə 52 xalla Yüksək Liqada çempion olub. PFL isə 1-ci liqanı 30 xalla ilk sırada bitirib.