Kamerunlu hücumçu ilə razılığa gəldi - “Mançester Yunayted”

4 İyun 21:40 İngiltərə 155
Kamerunlu hücumçu ilə razılığa gəldi - “Mançester Yunayted”

“Mançester Yunayted” hücum xəttini gücləndirməyi hədəfləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mançester klubu “Brentford”un forvardı Bryan Mbeumo ilə maraqlanır.

Klub rəhbərliyi yaxın vaxtlarda kamerunlu futbolçunun transferi ilə bağlı rəsmi danışıqlara başlayacaq. Mbeumo özü də “qırmızı şeytanlar”a keçməyə prinsipial razılıq verib və klubla arasında gələcək müqavilənin şərtləri ilə bağlı şifahi razılıq əldə olunub.

25 yaşlı hücumçu 2024/2025 mövsümündə “Brentford”un bombardiri olub. O, bütün yarışlarda 42 matçda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu