
“Sabah”da keçirdiyim dövrlə fəxr edirəm. İkinci mövsümdə bizdə çox güclü bir komanda toplanmışdı, hər şey alınırdı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın sports.ru saytına müsahibəsində “Sabah”ın sabiq baş məşqçisi Murad Musayev deyib.
Bu yaxınlarda “Krasnodar” Musayevin rəhbərliyi altında tarixində ilk dəfə Rusiya çempionu olub.
Musayev 2021-24-cü illərdə “Sabah”da işləyib. O bildirib ki, “Sabah”da işlədiyi dövrdə - İkinci mövsümün ortasında “Krasnodar”da baş məşqçi dəyişikliyi baş verib:
“O zaman Aleksandr Storojuk vəzifəsini tərk edirdi. Mən bir neçə günlüyə Krasnodarda oldum.
Vladimir Leonidoviç (“Krasnodar”ın baş direktpru) bunu bildi və məni görüşə çağırdı. O dedi ki, sənin namizədliyini nəzərdən keçirə bilərik?
Bilmirəm, məni seçərdilərmi, amma dedim ki, “Sabah”dan ayrıla, rəhbərliyi yarı yolda qoya bilmərəm.
“Səbah” çempionatda ikinci oldu, avrokuboklara vəsiqə qazandı. Həmin mövsümdən sonra ürəyimin dərinliyində anladım ki, gec-tez vətənə qayıtmaq və vaxtilə bacarmadığım işi – Rusiya Premyer Liqasını qazanmaq istəyirəm.
Artıq yaşım artmışdı, başa düşürdüm ki, məşqçi kimi böyümüşəm, özümə inamım var idi. Bunu yüksəkdən danışmaq kimi qəbul etməyin, amma o an ‘Krasnodar’a qayıtmaq və çempionluq qazanmaq arzusu ilə yaşayırdım”.