70 milyonluq transferə hazırlıq görür - Premyer Liqa nəhəngi

5 İyun 00:20 İngiltərə 141
70 milyonluq transferə hazırlıq görür - Premyer Liqa nəhəngi

“Mançester Siti” yeni transfer etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

“Şəhərlilər” “Milan”dan Teyani Reyndersin keçidi üçün razılaşıblar. İngiltərə klubu bu transfer üçün 70 milyon avro ödəyəcək.

Artıq tərəflər bütün detallar üzrə razılaşıblar. Yaxında transfer rəsmən açıqlanacaq.

Reynders ötən mövsüm “Milan”ın heyətində 54 oyuna çıxıb, 15 qol vurub və 5 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu