
Braziliya millisinin sabiq futbolçusu Villian “Fulhem”dən ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onun bitən müqaviləsinin müddəti uzadılmayıb.
36 yaşlı vinger başa çatan mövsümdə London təmsilçisinin heyətində 12 matçda meydana çıxıb. 2022-2024-cü illər aralığında “Fulhem”də çıxış etmiş oyunçu cari ilin fevralında komandaya qayıtmışdı.
Villian 2011-2019-cu illər aralığında Braziliya yığmasının formasını geyinib və 2019-cu ildə Amerika kubokunun sahibi olub.