O, Azərbaycan kubokunu “Qarabağ”ın əlindən alsa da…

4 İyun 22:40 Hadisə 361
O, Azərbaycan kubokunu “Qarabağ”ın əlindən alsa da…

Moskva ÇSKA-sınin qapıçısı İqor Akinfeyev Rusiya kubokunu ən çox qazanan futbolçu kimi ölkə tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, bununla 39 yaşlı qolkiper yeni rekorda imza atıb.

Onun komandası ölkə kubokunun finalında “Rostov”u penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək növbəti kubokunu qazanıb.

Akinfeyev bu turnirdə artıq 8-ci dəfə (2005, 2006, 2008, 2009, 2011, 2013, 2023, 2025) qalib olub.

Bu, Rusiya kubokunda iştirak etmiş bütün futbolçular arasında ən yaxşı nəticədir. Akinfeyev Rusiya kubokunu 7 dəfə qazanan oyunçuların rekordunu yeniləyib.

Onun qabaqladığı oyunçular arasında hazırda “Sabah”ın baş məşqçisi olan və Azərbaycan kubokunu qazanan Vasili Berezutski də var.

Berezutski ilə yanaşı, Sergey İqnaşeviç, Aleksey Berezutski və Elvir Rahimiç də 7 dəfə Rusiya kubokunu başları üzərinə qaldırıblar.

Vasili Berezutski baş məşqçi kimi ilk titulunu “Sabah”la qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu