Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu kimdir? - FOTO

5 İyun 20:20 Premyerliqa 548
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu kimdir? - FOTO

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında ən yüksək transfer qiymətinə malik oyunçudur.

Sportinfo.az xəbər verir ki, Kabo Verde yığmasının üzvünün dəyəri orta hesabla 1,5 milyon avro olaraq müəyyənləşdirilib.

Təxmini Transfer Dəyəri (ETV) oyunçunun qiymətini hesablayan qiymətləndirmə modeli vasitəsilə müəyyən olunur. "Transfermarkt" portalına görə, Andrade üçün ETV aralığı 1,2-1,8 milyon avro təşkil edir.

Azərbaycan çempionunun digər futbolçuları da qiymətlərinə görə seçilirlər. Bunlar ukraynalı yarımmüdafiəçi Aleksey Kaşuk və polşalı qapıçı

Mateuş Koxalskidir: hər birinin transfer dəyəri 1,3 milyon avrodur.

Leandro Andrade – Azərbaycan Premyer Liqasında ən bahalı futbolçu

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu