“Onunla münasibətlərinə təsir edəcəyi üçün danışmaq istəmirsənsə, cavab vermə”

5 İyun 22:00 Dünya futbolu 131
“Onunla münasibətlərinə təsir edəcəyi üçün danışmaq istəmirsənsə, cavab vermə”

Fransalı futbol eksperti və PSJ-nin keçmiş yarımmüdafiəçisi Jerom Roten bildirib ki, “Real”ın hücumçusu Kilian Mbappe bu il “qızıl top”a namizəd olmağa layiq deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Fransa millisinin bəzi üzvlərini PSJ-nin vingeri Osman Dembeleyə kifayət qədər dəstək vermədiklərinə görə tənqid edib və Mbappe ilə müqayisələri ədalətsiz hesab etdiyini vurğulayıb:

“Mbappe bu il “qızıl top”a namizəd olmağa layiq deyil. “Qızıl buts”a sahib çıxması və mövsüm ərzində 40-dan çox qol vurması hələ onu bu siyahıya salmaq üçün kifayət deyil.

“Qızıl top” təkcə statistikaya görə verilmir. Və yaxşı ki, belədir.

Hazırda Lamin Yamal və Dembele başqa səviyyədədir, çünki bu mövsüm məhz onlar seçilirlər”.

Onun fikrincə, Fransa millisinin futbolçuları ya Dembeleyə dəstək verməli, ya da ümumiyyətlə, bu haqda fikir bildirməməlidirlər:

“Mbappe ilə münasibətlərinə təsir edəcəyi üçün danışmaq istəmirsənsə, cavab vermə. Onsuz da futbolçuların kommunikasiya məsləhətçiləri var.

Sadəcə deyə bilərdilər ki, bu, fərdi mükafatdır, qoy bunu jurnalistlər qiymətləndirsin. Amma yenə də Mbappenin adını çəkirlər. Halbuki hamımız bilirik ki, o, bu il bu siyahıda olmalı deyil”.

Digər Xəbərlər
Xəbər Lenti