
UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, final mərhələsi 1/2 final və final matçından ibarətdir.
Yarımfinalın ilk oyununda Almaniya millisi Portuqaliya ilə üz-üzə gəlib. Matç Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Portuqaliya millisi finala adlayıb.
Digər yarımfinal matçında isə sabah İspaniya ilə Fransa yığmaları qarşılaşacaq.
1/2 mərhələsi bir oyundan ibarətdir. Final mərhələsi Almaniyada təşkil olunub.
Yarımfinalın qalibləri iyunun 8-də 1-ci yer, məğlublar isə həmin gün 3-cü yer uğrunda yarışacaqlar.
Almaniya - Portuqaliya 1:2
Qollar: Virtz, 48 - Konseysao, 63, Ronaldo, 68
5 iyun
23:00.İspaniya - Fransa