
UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 2024/25 mövsümü başa çatdıqdan sonra yenilənən siyahıya Madrid “Real”ı başçılıq edir.
İkinci pillədə “Mançester Siti”, üçüncü yerdə “Bavariya” qərarlaşıb.
Çempionlar Liqasının qalibi PSJ 5-ci pilləyə yüksəlib. Turnirin finalçısı “İnter” isə 9-cu yerdən 6-cı pilləyə qalxıb.
Avropanın ən yaxşı 10 klubu:
“Real” (İspaniya)
“Mançester Siti” (İngiltərə)
“Bavariya” (Almaniya)
“Liverpul” (İngiltərə)
PSJ (Fransa)
“İnter” (İtaliya)
“Çelsi” (İngiltərə)
“Borussiya Dortmund” (Almaniya)
“Roma” (İtaliya)
“Barselona” (İspaniya)