
"Qarabağ"a keçəcəyi iddia edilən Vensan Abubakar Afrikaya yollana bilər.
Sportinfo.az "Footmercato"ya istinadən xəbər verir ki, Mərakeşdən "Vidad Kasablanka" kamerunlunu heyətinə qatmaq istəyir.
33 yaşlı forvardın hansı qərarı verəcəyi yaxın günlərdə dəqiqləşəcək.
"Vidad Kasablanlka" klublararası dünya çempionatında iştirak edəcək. Qeyd edək ki, Abubakar başa çatan mövsümü "Hatayspor"da keçirib. Onun aktivində 28 oyun, 8 də qol var.